Ukraynadan Polşaya təxliyə edilən 184 Azərbaycan vətəndaşı Bakıya çatdırılıb. Bu barədə marıtn 15-də APA məlumat yayıb.
Təxliyə edilənlərdən 10-u azyaşlıdır.
İndiyədək Azərbaycan vətəndaşlarının təxliyəsi üçün Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən 15 çarter reysi təşkil olunub. Bu reyslərlə, əsasən, qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.