Ukraynanın Xalq artisti, məşhur müğənni və aparıcı İrina Bilık və tanınmış rok qrupu olan “Green Grey”in təsisçisisi, Andrey Yatsenko Azərbaycanın keçirdiyi antiterror əməliyyatına dəstək veriblər. Bu barədə İnsanoid Azfront-a istinadən bu gün, 21 sentyabr tarixində xəbər verir.
“Ukraynanın Madonnası” təxəllüsünü alan İrina Bilık videomüraciətlə ölkəmizə olan dəstəyini bildirib.
Green Gray qrupunun gitara ifaçısı və təsisçisi Andrey Yatsenko isə Azərbaycanı əldə etdiyi zəfərlə bağlı təbrik edib:
“Azərbaycanın və Ukraynın bir düşməni var - separatizm”.