Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə olaraq onlayn karyera yarmarkası keçirilib. Bu barədə iyunun 28-də Dövlət Məşğulluq Agentliyi məlumat paylaşıb.
Yarmarkada 3 800-dən artıq iştirakçı qeydiyyatdan keçib. İşəgötürənlər tərəfindən 702 vakansiya və 54 təcrübə proqramı təqdim edilib.
Vakansiyalar üzrə təklif olunan əməkhaqqı 800-2 600 manat arasında dəyişir.
Karyera Yarmarkası iyunun 29-dək davam edəcək. Tələbə və məzunlar yarmarkada iştirak etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.