“Ural Hava Yolları” Azərbaycana iyulun 1-dən oktyabrın 20-dək olan uçuşlarını ləğv edib. Bu barədə aviaşirkət məlumat verib.
Məhdudiyyət Rusiya və Ukrayna arasında yaranan vəziyyətlə əlaqədardır.
Aviaşirkət, həmçinin iyul ayında Qazaxıstana, Özbəkistana və Ermənistana nəzərdə tutulan uçuşlarını ləğv edib.
Daha öncə də “Ural Hava Yolları” geosiyasi vəziyyətlə bağlı martın 5-dən 26-dək Azərbaycana olan uçuşlarını dayandırıb.