top
Uşaqlar üçün hovuzlar: üzməyi öyrənmək neçəyə başa gəlir ARAŞDIRMA
28 iyun 2022, 00:32
- ↺ +

Uşaqlar üçün hovuzlar: üzməyi öyrənmək neçəyə başa gəlir ARAŞDIRMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsanoid uşaqlar üçün Bakıda yerləşən bir sıra üzgüçülük kurslarının qiymətlərini araşdırıb sizlərə təqdim edir:

“Su idman sarayı”na üzgüçülük üçün 6-15 yaş arası uşaqlar qəbul olunur. Dərslərin aylıq ödənişi 80 AZN-dir, bədii üzgüçülüyün qiyməti isə 110 AZN-dir. Məşqlər həftədə 3 dəfə aparılır. Üzgüçülük saatı səhər saat 08:00-dan axşam 21:00-a kimidir. Unvan: Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15.




“FS CLUB KRISTAL FİTNESS & SPA” mərkəzində 1-3 yaş arası uşaqlar üçün dərslər fərdi şəkildə aparılır və qiyməti 12 dərs üçün 250 AZN-dir. 6 yaşdan yuxarı uşaqlar üçün isə qiymət 8 dərs üçün 40 AZN, 12 dərs üçün isə 50 AZN olacaq. Üzgüçülük dərsləri səhər saat 9:00-dan axşam 20:00-a kimi aparılır. Ünvan: 9-cu mkr., Mir Cəlal küçəsi, 143A.


“Modern” idman və əyləncə mərkəzinin üzgüçülük məktəbi 5 yaşdan yuxarı uşaqları qəbul edir. Burada qiymət 12 dərs üçün 78 AZN-dir. Qiymətə məşqçi daxildir. Dərslər həftədə 3 dəfə aparılır. Ünvan: Xətai rayonu, Həzi Aslanov metrosunun yanı.



“F-land sport” mərkəzində 4 yaşdan yuxarı uşaqlar üzgüçülük dərslərinə qatıla bilərlər. 4-9 yaş arası uşaqlar üçün 1 dərs və məşqçi - 10 AZN olacaq. Müəllimlə birgə hovuzda məşq aylıq 80 AZN-dir. Müəllimin hovuza daxil olmadan məşqi isə aylıq 12 dərs daxil olmaqla 60 AZN olacaq. 9 yaşdan yuxarı uşaqlar üçün isə limitsiz bir aylıq abunə  80 AZN-dir. İş saatı 07:00-dan 22:00-dəkdir. Unvan: Bakı şəhəri, Çobanzadə küçəsi, 2404, Neftçılər metrostansiyasının yaxınlığı.


 











View this post on Instagram























 

A post shared by F-land Sport (@flandsport)


“Talant” üzgüçülük məktəbində dərslər səhər 09:00-dan axşam 21:00-dək aparılır və 1dərs 45 dəqiqə təşkil edir. Ayda 8 dərs müəllimlə birgə 55 AZN-dir, 12 dərs isə 70 manatdır. Ünvan: Həsən Əliyev, 462, 5 nömrəli xəstəxananın arxası.



“VEQAS Fitness & Swim” mərkəzində üzgüçülük dərsləri qız və oğlan uşaqları üçün ayrı günlərdə və saatlarda təşkil olunur. Belə ki, oğlanlar üçün dərslər həftədə 4 dəfə aparılır, qiyməti isə bir ay üçün 80 AZN-dir. Qızlar üçün isə məşqlər həftədə 3 dəfə aparılır və qiyməti 70 AZN-dir. Oğlanlar üçün üzgüçülük saatları səhər 09:30-dan axşam 18:00-a kimi, qızlar üçün isə səhər saat 10:00-dan 15:30-a kimi aparılır. Həmçinin ayrıca 18:00-19:00 arası ana-uşaq saatı təşkil olunur. Ünvan: 9-cu mkr., MirCalal küçəsi,103.



“PLÜXBURQ” üzgüçülük mərkəzi yalnız 0-4 yaş arası körpələr üçün nəzərdə tutulub. Qiymət 8 dərs üşün 210 AZN-dir. 1 yaşa qədər balacalar 15 dəqiqə suda vaxt keçirir və daha sonra xüsusi masaj olunurlar. 1 yaşdan yuxarı uşaqlar üçün isə üzgüçülük məşqi 30 dəqiqə aparılır. Mərkəzin iş saatı səhər 09:30-dan axşam 19:00-a kimidir. Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 93A və Zərifə Əliyeva küçəsi, 55.



Beləliklə, 12 dərs üçün 50 AZN ödənilməklə ən sərfəli üzgüçülük kursları “FS CLUB KRISTAL FİTNESS & SPA” mərkəzindədir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Bu gün, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Bu gün, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Bu gün, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Bu gün, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Bu gün, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Bu gün, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
Dünən, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
Dünən, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
Dünən, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
Dünən, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
Dünən, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Dünən, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Dünən, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Dünən, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Dünən, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Dünən, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Dünən, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Dünən, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Dünən, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Dünən, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər