İyul ayından “Utair” aviaşirkəti Bakıdan Sankt-Peterburqa reyslər açmağı planlaşdırır. Bu barədə 30 iyun tarixində aviaşirkətin prezidenti Oleq Semyonov məlumat verib.
Onun sözlərinə görə, ilin əvvəlindən şirkət Moskvadan Gəncə və Naxçıvana, eləcə də Moskva, Surqut və Tümendən Bakıya reyslər həyata keçirməyə başlayıb. İyun ayından isə Qroznıy və Ufadan Bakıya uçuşlara başlanılıb. Prezident qeyd edib ki, gələcəkdə yeni reyslərin açılması planlaşdırılır.