Samux rayonunun Kolayır kəndində həmkəndlisini bıçaqlayan Vətən müharibəsi iştirakçısına Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu barədə martın 14-də Report xəbər verib.
Məlumata görə, o, 1 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci il sentyabrın 6-da 27 yaşlı şəxs 22 yaşlı həmkəndlisini şəxsi münasibətlər zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib. Əməli törədən şəxs isə saxlanılıb. O, “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsilə ittiham olunub.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən törətdiyi əməldən peşmançılıq çəkdiyini söyləyib. Zərərçəkən isə onunla barışdığını və dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətin olmadığını deyib.