Beyin xərçəngindən əziyyət çəkən 27 yaşlı idmançı Murad Heydərli vəfat edib. Bu barədə 16 iyul tarixində Oxu.az məlumat verib.
Abşeron İdman Klubunun cüdo üzrə məşqçi-müəllimi Murad Məsləhət oğlu Heydərli 16 iyul 2024-cü il tarixində vəfat edib. Muradın 1 ay əvvəl toyu olubmuş.
Qeyd edək ki, M.Heydərli karyerasını başa vuraraq, məşqçiliyə yeni başlamışdı.
Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı.