Bakı şəhərində və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə 4700-dən çox şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı müraciət edib. Bu barədə 9 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Sözügedən mərkəzlərdə şəhidlərimizin ailə üzvlərinə, müharibə əlillərinə və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər göstərilir.
![]()