Dələduzluqda təqsirli bilinib həbs edilən vəkil Vüqar Səfərlinin barəsindəki istintaq başa çatıb. Bu barədə iyulun 1-də APA məlumat yayıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 17 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Uzun müddət vəkil kimi fəaliyyət göstərən vətəndaş bir neçə nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib. Onların arasında bloger Sabina Katanova da yer alır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir.
Vüqar Səfərli bu əməlləri ilə bağlı Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.