Uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə Abşeron rayonundakı yaşayış kompleksindən mənzillər verilib. Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabrın 7-də bildirib.
Yeni yaşayış komplekslərindən bu kateqoriyaya aid 186 vətəndaş bu il yeni yaşayış binalarında mənzillərlə təmin edilib.
Son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir.