Ermənistanın Qarabağdakı separatçı anklavının keçmiş “hökumət başçısı” Ruben Vardanyan lobbiçilik, siyasi və informasiya xarakterli tapşırıqları yerinə yetirmək üçün Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə maliyyə sövdələşmələri aparıb. Bu barədə 4 oktyabr tarixində Caliber məlumat yayıb.
Vardanyanın Karnegi Fondu, Avropa Parlamenti, ABŞ Konqresi, Dövlət Departamenti və USAID rəhbəri Samanta Pauer ilə əməkdaşlığının təfərrüatları tezliklə açıqlanacaq.
“Amerika administrasiyasının əsas fiqurlarından biri Samanta Pauer Ruben Vardanyanla əməkdaşlıq edir, o da öz növbəsində Ukraynada separatizmi maliyyələşdirir. İstisna etmək olmaz ki, Ruben Vardanyan ikili agent olub və bunun nəticəsində Rusiya hakimiyyəti onu “silib”. Bunun təsdiqi rəsmi Moskvanın Vardanyanın həbs olunmasına biganə yanaşmasıdır”, - nəşr vurğulayıb.