Vətən müharibəsi zamanı Azərbaycanın bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması üçün 34 milyon manat ayrılıb.
Bu haqda iyunun 20-də maliyyə naziri Samir Şərifova istinadən APA məlumat yayıb.
Qeyd edək ki, daha öncə nazir Qarabağın yenidən qurulması üçün dövlət büdcəsindən 2,2 milyard manat ayrıldığı haqda məlumat vermişdi.