Bakıda bank hesabından 8 500 manat oğurlanıb. Bu barədə iyunun 1-də Daxili İşlər Nazirliyinə istinadən Report məlumat verib.
Polis tərəfindən keçirilmiş əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Xalid İsayev saxlanılıb. Onun əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.