Külli miqdarda dələduzluqda ittiham olunan Ülkər Qədirovaya hökm oxunub. O, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda iyunun 23-də Report məlumat yayıb.
Sözügedən şəxsə 2011-ci ildə də məhkəmənin hökmü ilə 11 illik cəza təyin edilmişdir. Lakin qadın vaxtından tez azadlığa buraxılmışdır. O, məhkum olan zaman belə 9 nəfərə qarşı dələduzluq edib. Onlardan biri “Azəriqaz”da şöbə rəisi vəzifəsində işləyən şəxs olub.
48 yaşlı qadın, həmçinin “Azəriqaz”ın rəis müavininə SOCAR-a vitse-prezident "təyin olunacağına" söz verib və ondan 60 min manat alıb. Zərərçəkmişlər arasında “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbəri də var.
Ülkər Qədirova ümumilikdə vətəndaşlara qarşı 107 min manat məbləğində dələduzluq edib.