Bakıda vətəndaşlara saxta əlillik dərəcəsi verən həkimə hökm oxunub. Hökmə əsasən, Könül Sultanovaya 3 min manat məbləğində cərimə kəsilib. Bu barədə mayın 11-də Report məlumat yayıb.
15 saylı poliklinikanın işçiləri Mehparə Məmmədova və Könül Sultanova vətəndaşlara əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə onların xəstəlikləri haqda məlumatları bilərəkdən ağırlaşdırıb və təhrif edilən formada elektron informasiya resursuna daxil ediblər.
Hər iki şəxs “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə saxtakarlığı” maddələrilə təqsirləndiriliblər. M.Məmmədovanın cinayət işi ayrıca icraata ayrılıb.