bp şirkəti fəaliyyəti müddətində Azərbaycan iqtisadiyyatına 84 milyard dollar investisiya yatırıb. Bu barədə 2 iyun tarixində şirkətin əməliyyatlar və hasilat üzrə icraçı vitse-prezidenti Qordon Birrelə istinadən Trend məlumat verib.
Vitse-prezidentin sözlərinə görə, investisiyalar Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" kimi layihələrə yatırılıb. O, həmçinin əlavə edib ki, şirkət 2030-cu ilədək enerji sahəsinə investisiyaları 50%-dək azaldıb, "yaşıl" texnologiyalar sahəsinə artırmağı planlaşdırır.
bp şirkəti Azərbaycanda 28 ildir ki, fəaliyyət göstərir. Şirkətdə təxminən 2 400 Azərbaycan vətəndaşı işləyir.