Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyir və Abxaziyada keçirilmiş qondarma "parlament seçkiləri"ni, onların nəticələrini tanımır. Bu haqda 14 mart tarixində Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurum həmin məsələnin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.