14 mart 2022-ci il tarixinədək Ukraynadan Azərbaycana 7 500-dən artıq insan təxliyə olunub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onlardan 3 000-ə yaxını çarter reysləri, 4 500-dən çox insan isə avtobuslarla təxliyə olunub.
Azərbaycan vətəndaşlarının təxliyəsi üçün Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub.