Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsinə və Xaçmaz-Quba yolunun kənarlarına şam ağacları, güllər və dekorativ kollar əkilib. Bu barədə oktyabrın 22-də Trend.az xəbər yayıb.
Aksiyada müxtəlif idarə, təşkilat və müəssisələrin kollektivləri, icra nümayəndələri və bələdiyyələr, eləcə də gənc könüllülər iştirak ediblər.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yol kənarlarını alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.
Ağacəkmə aksiyası Zəfər Gününədək davam etdiriləcək. Magistral yolların kənarına, park və xiyabanlara 3 000 ədəd ağacın əkilməsi planlaşdırılır.