14 may tarixində saat 11:00-da Xaçmaz rayonunda “Yaz festivalı” təşkil olunacaq. Bu barədə 12 may tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata əsasən, tədbirdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar və müxtəlif şirkətlərin nümayəndələri iştirak edəcəklər. Sözügedən festivalın məqsədi fermerlərin kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarının məhsullarına əlçatanlığı təmin etməkdir.
“Bakı şəhərindən və müxtəlif bölgələrdən festivalda iştirak edən vətəndaşlar üçün ödənişsiz şəkildə nəqliyyat vasitələri təşkil ediləcək və iştirakçılar xüsusi endirimli hotellərlə təmin ediləcəklər”, - məlumatda bildirilib.