Bakının Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən “Xəngəland” restoranında keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat paylaşıb.
Restoranın mətbəxində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalın qəbulu, saxlanılması və yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı qeydə alınıb.
“Xəngəland”ın rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Obyektin fəaliyyəti isə qeyri-müəyyən vaxta dayandırılıb.