Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb.
Bu barədə 26 sentyabr tarixində Report xəbər verib.
Hadisə sentyabrın 25-də axşam saatlarında baş verib. Yaralılar Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdiriliblər.
Bildirilib ki, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır.