Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölən 170 nəfərin meyitinin qalıqları aşkarlanıb. Bu barədə İnsanoid Ermənistan KİV-lərinə istinadən bu gün, 29 sentyabr tarixində xəbər verir.
Ərazidə aşkarlanan şəxsi əşyalar və meyitlərin qalıqlarına əsasən, məhkəmə tibbi ekspertizası 170 nəfərin öldüyünü təsdiqləyib. Meyitlərin qalıqları və şəxsi əşyalar DNT analizlərinin aparılması üçün Ermənistana təqdim ediləcək.