Xankəndidə silah-sursat tapılıb.
Bu barədə 2 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Ötən gün Xankəndi şəhəri ərazisində 4 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 3 qumbara, 2 ədəd müxtəlif markalı tüfəng, 50 ədəd patron darağı, 2 129 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.