“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə 20 sentyabr tarixində Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Sənəd qəbulu sentyabrın 30-u saat 23:59-da başa çatacaq. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısını , elana dair ətraflı məlumatı və qeydiyyat linkini müvafiq keçidlərdən əldə etmək mümkündür.