top
Xaricdə uğur qazanan məşhur azərbaycanlılar
24 iyun 2022, 08:28
- ↺ +

Xaricdə uğur qazanan məşhur azərbaycanlılar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dizayner Rüfət İsmayıl 1981-ci ildə Bakıda dünyaya gəlib. 2002–2007-ci illərdə Almaniyanın Höte Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmişdir. 2013–2014-cü illərdə Türkiyənin Esmod Vakko Tasarım Okulunda Tasarım və Modelist ixtisası üzrə təhsil alıb. Azərbaycan, türk, rus, alman, flaman və ingilis dillərini bilir. O, 2014-cü ildə öz brendini yaradıb və Milanda Afffair.fff kişi kolleksiyasını hazırlayıb. Hazırda İstanbulda yaşayan Rüfət İsmayıl 2021-ci ilin oktyabrında Azərbaycan xalçalarına və İkinci Qarabağ müharibəsində qələbəmizə həsr etdiyi "Sumax" adlanan kolleksiyasını Parisdə təqdim edib. Soydaşımızın geyimlərinə müraciət edənlər arasında Beyons, Cennifer Lopez, Paris Hilton, Ariana Qrande kimi dünya ulduzları var. Rüfət İsmayıl, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva üçün geyimlər dizayn etmişdir. Tezliklə AFFFAIR brendinin “Xarıbülbül” adlı kolleksiyası da işıq üzü görəcək.


 











View this post on Instagram























 

A post shared by Rufat Ismayil (@rufat_ismayil)


Azərbaycanın ilk peşəkar avtomobil dizayneri Samir Sadıxov 1990-ci il iyulun 20-də Gəncə şəhərində anadan olub. O, İtaliyanın “Istituto Europeo di Design” və Almaniyanın “Pforzheim” təhsil müəssisələrində oxuyub. Samir Sadıxov 2011-ci ildə “Ferrari World Design Contest”-də “Xəzri” adı ilə dizayn etdiyi avtomobillə 2-ci yerə çıxıb. O, “Lamborghini”, “Aston Martin” kimi şirkətlərlə əməkdaşlıq edib. Hal-hazırda o, Cənubi Koreyanın “Hyundai” markasını istehsal edən “Genesis Motors”da çalışır.


 











View this post on Instagram























 

A post shared by SAMIRS (@samirsdesigns)


2007-ci ildə Amerikanın Photo District News jurnalının dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil etdiyi Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. O, 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" və "Bolşoy Qorod" jurnallarında dərc edilib.


 











View this post on Instagram























 

A post shared by Rena Effendi (@renaeffendiphoto)


Humboldt mükafatı alan ilk azərbaycanlı Məsud Əfəndiyev 21 oktyabr 1953-cü ildə Zaqatalada anadan olub. Riyaziyyatçı Almaniyada yaşayır və Azərbaycan Respublikasının əməkdar elm xadimidir. Məsud Əfəndiyev “International Journal of Biomathematics and Biostatistics” jurnalının baş redaktoru və bir sıra xarici ölkələrdə nəşr olunan 7 kitabın müəllifidir. 21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib.

“Montrö Caz Festivalı”nın qalibi olan pianoçumuz İsfar Aydın oğlu Rzayev-Sarabski Azərbaycan opera müğənnisi Hüseynqulu Sarabskinin nəticəsidir. O, hal-hazırda “Berklee Music College”də təhsil alır. İsfar Sarabski "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall" kimi nüfuzlu konsert salonlarında çıxış edib. İsfar Sarabski "Novruz", "G-Man", "In Memory of Vaqif Mustafazade" kimi əsərlərin müəllifidir. 2019-cu ildə “Warner Music Group”la müqavilə imzalayıb.



 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Bu gün, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Bu gün, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Bu gün, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Bu gün, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Bu gün, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Bu gün, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
Dünən, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
Dünən, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
Dünən, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
Dünən, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
Dünən, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Dünən, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Dünən, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Dünən, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Dünən, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Dünən, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Dünən, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Dünən, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Dünən, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Dünən, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər