“Xarici agentlər haqqında” qanuna görə bu gün Gürcüstan Konstitusiya Məhkəməsində üçüncü iddia qaldırılacaq. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 22 iyul tarixində xəbər verir.
İddia 32 müxalifətçi parlament üzvü tərəfindən ediləcək.
Qeyd edək ki, bundan əvvəl sözügedən qanunla bağlı Prezident Salome Zurabişvili və Gürcüstanın 121 QHT-si Konstitusiya Məhkəməsində iddia qaldırmışdı.