Diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri mayın 31-də start götürüb. Bu haqda Report xəbər paylaşıb.
80-dən çox diplomat və hərbi attaşenin iştirak etdiyi səfərin məqsədi onları Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandalizm aktları barədə məlumatlandırmaqdır.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 9-cu səfəridir.