Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə iyunun 22-də telefonla danışıb. Bu haqda məlumat qurumun saytında yerləşdirilib.
Nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, iki ölkə arasındakı əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda bölgədə sülhün təmin edilməsinin vacibliyi vurğulanıb.