Xarici jurnalistlər 13 fevral tarixində Füzuli, Şuşa və Ağdam şəhərinə səfər ediblər. Bu haqda APA məlumat yayıb.
Səfər İslam Əməkdaşlıq Təşkilatının xətti ilə həyata keçirilib. Nümayəndə heyəti Ağdam şəhərində Pənahəli Xanın “İmarət” kompleksində olub. Onlara ermənilərin tarixi abidələri məhv etməsi barədə məlumat verilib.
Jurnalistlər işğaldan azad edilmiş ərazilərdə gördükləri erməni vandallığını təmsil etdikləri qurumlarda işıqlandıracaqlar.