Xarici ölkələrdən olan bir qrup səyyahın işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri başlayıb. Bu barədə iyunun 16-da Trend məlumat yayıb.
İştirakçıların arasında Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olanlar var. Bu gün nümayəndə heyəti Xocavənddəki Azıx mağarasına baxıblar.
Daha sonra qonaqlar Şuşa, Ağdam şəhərinin qalıqları və Azərbaycanın yenidənqurma işləri ilə tanış olacaqlar.