Bu gün, iyunun 17-də Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan 24 səyyahın Kəlbəcərə səfəri start götürüb. Bu haqda APA məlumat paylaşıb.
Onlar səhər saatlarından Göygöl rayonunun Toğanalı kəndindən yola düşüblər. Qonaqlar işğaldan azad olunmuş ərazilərdə ermənilərin törətdiyi talanlarla, İstisu qəsəbəsindəki mineral bulaqlarla tanış olacaqlar.
Günün ikinci yarısından sonra isə onlar Laçın dəhlizinə, daha sonra da işğaldan azad edilmiş Qubadlıya yola düşəcəklər.
Sabah səyyahlar Zəngilanda hava limanını və Ağalı kəndini ziyarət edəcəklər.
Daha öncə xarici qonaqlar Xocavənd, Ağdam və Şuşaya səfər ediblər.