2022-ci ilin yanvar-may aylarında xarici vətəndaşlar Azərbaycanda bank kartları ilə 870,4 milyon manatlıq əməliyyat aparıblar. Bu haqda iyulun 1-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nda məlumat verilib.
Bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.
Təkcə may ayında isə əməliyyatların həcmi 184,1 milyon manat olub.