“Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat tədbirləri nəticəsində Ağdamda çətənə kolları aşkarlanıb. Bu barədə iyunun 3-də Daxili İşlər Nazirliyindən APA-ya bildirilib.
Rayonun işğaldan azad edilmiş Qərvənd və Baş Qərvənd kəndlərində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan çətənə kolları məhv edilib.
Qeyd edək ki, iyunun 2-də Ağdamın Qərvənd kəndində 1 hektar sahədə bitmiş 1 ton 3 kiloqram çətənə kolu toplanaraq yandırılıb.