Cari ilin aprel-oktyabr ayları ərzində sərhədyanı ərazilərdə 14,5 ton narkotik bitki məhv edilib.
Bu barədə oktyabrın 18-də Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Belə ki, Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Qubadlı və Zəngilan rayonlarında 24,6 hektar sahədən yabanı halda bitən 5 768 kq xaşxaş və 8 804 kq çətənə kolları müvafiq qaydada məhv edilib.