Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə iyunun 17-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın Əhmədli qəsəbəsinin M.Hadi küçəsindəki binanın 8-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.
***
10:15
Paytaxtın Xətai rayonundakı çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb. Bu barədə iyunun 17-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın Əhmədli qəsəbəsində, M.Hadi küçəsində qeydə alınıb. Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub, yanğınsöndürmə işləri davam etdirilir.