Bakının Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb. Bu barədə mayın 11-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılanlardan 4-ü narkotiklərin satışını həyata keçirən, qalan 8 nəfəri isə onlar üçün narkokuryerlik edən şəxslər olublar. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və metamfetamin aşkar olunub.
Aşkar edilən faktlarla əlaqədar cinayət işi başlanılıb.