Xəzərdə suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minası zərərsizləşdirilib. Bu barədə mayın 10-da Müdafiə Nazirliyindən məlumat verilib.
Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.
Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir.