Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib. Bu haqda XİN öz tviter səhifəsində paylaşım edib.
Iranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, #İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik.@IRIMFA_EN
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) June 8, 2022
Qeyd edək ki, iyunun 8-də İranda sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.
Qəzanın səbəbləri araşdırılır. İlkin məlumata görə, qatar təmir işləri ilə əlaqədar relslərin yaxınlığında ola biləcək ekskavatorla toqquşub.