top
XİN Makrona cavab verib: “Fransa Azərbaycana dərs keçə bilməz”
25 sentyabr 2023, 03:17
- +

XİN Makrona cavab verib: “Fransa Azərbaycana dərs keçə bilməz”

"Sentyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron ölkəsinin TF1 kanalında EN DIRECT proqramına müsahibəsi zamanı növbəti dəfə bölgədə mövcud vəziyyəti təhrif edən mövqe sərgiləməsi onun tərəfindən tətbiq edilən ikili standartların və qərəzin bariz nümunəsidir".

Bunu 25 sentyabr tarixində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

XİN rəsmisi söyləyib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması, Azərbaycan Ermənistan məsələsində xristianlıq faktorunu qabartması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir.

"Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistanın 30 illik işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi əməliyyat beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır.

Cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycan ərazisində mövcud olan erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri zamanı da beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyi Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil, beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş və hətta Azərbaycanın guya mülki əhalini hədəf aldığı iddialarının heç bir həqiqəti əks etdirmədiyi Ermənistan baş naziri tərəfindən bildirilib. Bu xüsusda, Azərbaycanın bu tədbirlərinə qarşı səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

Müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən Fransanın ərazisində bir çox xalqların və etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir. Eyni şəkildə, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquqlarını müdafiə etdiyini bildirməsi Fransa tərəfinin saxta niyyətindən xəbər verir.

Azərbaycan öz torpaqlarından erməni silahlı qüvvələrinin ərazilərimizindən çıxarılması və erməni silahlı birləşmələrini tərksilah etməsi ilə yanaşı, erməni sakinlərə yardım göstərilməsi və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası işini həyata keçirir.

Qeyd edilənləri nəzərə alaraq, Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik".

Son xəbərlər

Bütün Xəbərlər
08 avqust 2026, 15:08

Hikmət Hacıyev: "İlham Əliyev müharibəni, həm də sülhü qazanıb"

Bütün Xəbərlər
08 avqust 2026, 13:36

12 yaşlıdan 79 yaşlıya: Mingəçevirdə Kür çayında üzgüçülük yarışı başladı

Bütün Xəbərlər
08 avqust 2026, 12:37

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
08 avqust 2026, 12:31

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün Xəbərlər
07 avqust 2026, 16:21

Ülviyyənin ölümünə görə həkimə bu cəza verildi

Bütün Xəbərlər
07 avqust 2026, 16:18

Daha bir qadın estetik əməliyyatdan sonra öldü

Bütün Xəbərlər
07 avqust 2026, 15:25

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Bütün Xəbərlər
07 avqust 2026, 14:38

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Bütün Xəbərlər
07 avqust 2026, 14:34

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 17:35

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Bütün Xəbərlər
06 avqust 2026, 17:15

"Qaçqınkom" vahid aylıq müavinətin kimlərə şamil olunmadığını AÇIQLAYIB

Bütün Xəbərlər
06 avqust 2026, 15:12

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 12:24

Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində qərar elan olunub - YENİLƏNİB - FOTO

Bütün Xəbərlər
06 avqust 2026, 11:52

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb - YENİLƏNİB

Bütün Xəbərlər
06 avqust 2026, 11:45

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün Xəbərlər
06 avqust 2026, 10:59

Gürcüstana gedən vətəndaşlar Bakıya qatarla qayıda bilmir - ADY-dən AÇIQLAMA

Bütün Xəbərlər
06 avqust 2026, 10:41

"Qarabağ" - "Dinamo" oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
05 avqust 2026, 17:02

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün Xəbərlər
05 avqust 2026, 16:43

Məleykə Abbaszadə abituriyentlərə ÇAĞIRIŞ edib

Bütün Xəbərlər
05 avqust 2026, 15:49

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün Xəbərlər
05 avqust 2026, 14:42

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Bütün Xəbərlər
05 avqust 2026, 14:13

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

Bütün Xəbərlər
05 avqust 2026, 10:50

Amerikada yaşayan türkəsilli tədqiqatçı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Bütün Xəbərlər
05 avqust 2026, 10:10

MİQ üzrə vakansiya seçimi başladı

Oxşar xəbərlər