Qazaxın 7 kəndi və Kərkinin qaytarılması müzakirə olunub həllini tapacaq. Report-un xəbərinə görə, bunu mayın 10-da xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.“Bu ərazilər Azərbaycan ərazisidir. Həmin torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq”, - deyə o bildirib.