Üçtərəfli bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla 219 nəfər mina qurbanı olub. Bu barədə mayın 12-də Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi bəyanatlarına cavab olaraq qeyd edilib ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25% təşkil edib.
Bu ilin aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarət alıb: “Bu ərazilərdəki geniş miqyaslı mina problemi köçkünlərin öz evlərinə qayıtmasına təhdid doğurur. Bunun yeganə səbəbkarı Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçı siyasət və dağıdıcı fəaliyyətdir”.
“Belə olduğu halda, Ermənistan Baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır”, - deyə əlavə olunub.