Ötən gün, mayın 20-si axşam saatlarında Quba rayonunun Xınalıq kəndinə qar yağıb. Bu haqda APA məlumat verib.
Yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən artıqdır. Dağlıq ərazilərdə temperatur aşağı düşüb.
Qubanın digər ucqar dağ kəndlərinə, həmçinin Gədəbəy, Göygöl, Daşkəsən rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.