Abşeronda usta eyvandan yıxılaraq ölüb. Bu barədə 5 iyul tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən binaların birində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Zaqatala rayon sakini ehtiyatsızlıqdan blokun eyvanında tikinti materialları daşıyarkən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.