Xırdalanda körpə avtomobilin altında qalıb. Bu barədə iyunun 20-də APA məlumat yayıb.
Hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib. Qonşuluqda yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 4 yaşlı uşağın üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.