Xırdalanda avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Bu barədə iyunun 14-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ruslan Məmmədovun Xırdalan şəhəri ərazisində hərəkət edən avtobuslarda, əsasən, qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub.
Növbəti əməliyyat zamanı Xırdalan şəhərində soyğunçuluq edən Valeri Kulikov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.