Abşeronda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb. Bu barədə oktyabrın 14-də Lent.az məlumat yayıb.
İnsident Xırdalan şəhəri Mehdi Hüseyn küçəsində baş verib. 41 yaşlı paytaxt sakini Bəhruz Əliyev qadının evinə gələrək ona hücum edib.
İddia edilir ki, hadisəyə səbəb aralarındakı ailə-məişət münasibətləri olub.
Faktla bağlı cinayət işi başlanıb. Həmin şəxs polis tərəfindən saxlanılıb.