Bu gün, mayın 25-də səhər saatlarında Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Xilasetmə əməliyyatı zamanı 15 bina sakini qatı tüstülənmiş binadan təhlükəsiz yerə təxliyə olunub. Yanğın nəticəsində liftin şaxtasının arxa hissəsindən keçən kabellər yanıb.
Mənzillər yanğından mühafizə olunub.