Xızı rayonunun Yeni Yaşma qəsəbəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avadanlıqlar oğurlanıb.
Report-un məlumatına görə, hadisə iyunun 14-də saat 10 radələrində baş verib. Belə ki, Agentliyə məxsus məhəccərlər və yolun örtük hissəsindən sökülmüş metallar oğurlanıb.
Oğurluğu törədən Sumqayıt şəhər sakini A. Alışov saxlanılıb. O, oğurladığı malları “KamAZ” markalı avtomobilinə yükləmişdi.
Faktla bağlı araşdırma aparılır.